Talibandan Trampa açıq məktub

 
 
Əfqanıstanda fəaliyyət göstərən Taliban Hərəkatı ABŞ-ın 45-ci Prezidenti Donald Trampa məktub ünvanlayıb.
 
Axar.az xəbər verir ki, müraciət “Al.alemarah-english.com” saytında yayımlanıb.
 
Həmin məktubun mətnini təqdim edirik:
 
“Artıq 3-cü ABŞ prezidentidir ki, Əfqanıstanda davam edən savaşa şahidlik edir. Çünki onlar güc yolu ilə Əfqanıstan məsələsini həll etmək istəyirlər. Bu müharibədə 3 min amerikalı əsgər öldü, 15 mindən çoxu isə yaralı və şikəst qaldı. Digər tərəfdən, 200 mindən çox günahsız əfqan bu savaşın qurbanı oldu. Bir çox ağlasığmaz müharibə cinayətləri törədildi. Ən son nümunə kimi Kunduz əyalətində onlarla mülki şəxs həlak oldu. Eyni zamanda on minlərlə əfqan həbs edildi. Yeni seçilmiş ABŞ prezidentinə tövsiyəmiz odur ki, xələflərindən fərqli olaraq onların törətdiyi səhvləri təkrarlamasın”.

Загрузка...
Загрузка...