Talassemiya xəstəsi olan 6 yaşlı Günelin həyatı təhlükədədir, yardım gözləyir - FOTOLAR

6 yaşlı Günel Alqayıt qızı Təmrazova iki ildir ki, talassemiya xəstəliyindən  əziyyət çəkir. Ailəsi, ili il öncə Mərkəzi Qan İnstitutunda uşağın qanından analiz verib və nəticələr 4 yaşlı qızcığazın bu amansız qan xəstəliyindən əziyyət çəkdiyini göstərib.
Günelin vəziyyətini digər xəstələrdən ağır edən daha bir məqam isə onun müalicə məqsədilə bədəninə köçürülən qana mənfi reaksiya verməsidir. Respublika Talassemiya Mərkəzində qeydiyyatda olan Güneli ona köçürülən qan belə, xilas etmir.
Anası Ülviyyə Təmrazova deyir ki, Günelin tam sağalması üçün əməliyyat olunmasına ehtiyac var: “Qızım ağır “beta talassemiya” xəstəliyindən əziyyət çəkir. Hazırda vəziyyəti yaxşı deyil. Əməliyyata ehtiyac var. Bu əməliyyat  Azərbaycanda mümkün deyil. Türkiyədə əməliyyat olunması üçün isə 120 min dollar lazımdı. Buna imkanımız çatmır. Xahiş edirəm ki, kimin imkanı varsa, balamın sağalmasına kömək eləsin. Ömrümün sonuna kimi o insana minnətdar olaram”.
Bu isə çarəsiz ananın statusudur. Övladının vəziyyətindən danışan ana uşağın çox əzab çəkdiyini yazır: “Günelin qanının bu qədər tez parçalanması məni çox qorxudur. Dünən müayinəyə aparmışdım. Analizlərin cavabları yaxşı çıxmadı. Təzə qan vurdurmuşam, o qan hara gedir, bilmirəm. Dəhşətə gəlirəm. 300 qr vurulan qanın heç Günelə köməyi belə, olmayıb. Qaraciyərində olan yad cisimlər qanı parçalayır. Əvvəl bunun dalaqda olmasını bilirdik. Dalağını götüzdürdük. İndi isə qaraciyərindədir. Siz də kömək edin, Günelə bir yol açılsın. Əməliyyat olunsun və bu dərddən canı qurtarsın, balamın... Belə getsə, Günel dözə bilməyəcək. Allahım sən bizim köməyimiz ol”.
Yardım etmək istəyənlər üçün bank hesabını fotolarda təqdim edirik.