Taksimdəki teraktdan son vəziyyət.-VİDEO

İstanbulun Taksim meydanında təşkil olunan partlayışın şahidləri dəhşətli anları gözyaşları içərisində danışıb.

Turaninfo.az xəbər verir ki, Türkiyənin məşhur “Taksim” meydanında 4 nəfərin ölümü, 36 nəfərin yaralanması ilə nəticələnən hadisəni danışan şəxs həmin bölgədə işlədiyini bildirib.
Xəlil Bayar adlı şəxs həmin anları danışarkən gözyaşlarına hakim ola bilməyib.
Ölənlərin və yaralananların olduğunu deyən X.Bayar bunları deyib: “Deyəsən bir qadın bombanı atdı. Yanımda olan bir neçə nəfər parçalara bölündü. Özümü küçəyə doğru atdım”.