​“Tahir Kərimli maaş məsələsində cırnayır” - Etibar Hüseynov "Azərbaycanda biqeyrət gənclik yetişir"-Tahir Kərimli

 

Sabiq deputatla millət vəkili arasında “soyuq müharibə” açıq müstəviyə keçib
 
Belə ki, sabiq millət vəkili, tanınmış jurnalist Etibar Hüseynovun Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlinin Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının maaşları haqqında səsləndirdyi fikirlərə sosial şəbəkədən yazdığı münasibətə “Vəhdət”-dən sərt cavab verilib.
 
Politika.Az xəbər verir ki, E.Hüseynov sosal şəbəkədə yenidən T.Kərimlinin ona ünvanlanmış fikirlərinə münasibət bildirib:
 
“Düzü, əvvəlcə qolumu çırmalayıb Tahir Kərimli haqda geniş bir yazı hazırlamaq istəyirdim ki, dostlardan biri inboxuma onun bir- neçə müsahibəsindən çıxarışlar göndərdi. Oxuyanda bir daha əmin oldum ki, bu adam həqiqətən də “xəstə” dir və bu ağılın sahibinə cavab yazmaq elə onun tayı olmaq deməkdir. Amma hər bir halda bəzi qeydlərimi yazmağı lazım bilirəm – sonuncu dəfə olmaq şərtiylə. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, adam mənim sıradan (təhqir- söyüş olmayan) bir replikama – təhqir və söyüşlə cavab verib. Məni buqləmun, ünsür və.s adlandırıb. Bildiyimiz kimi, siyasi jarqonda buqləmun, əqidəsi, mövqeyini dəyişən birisi haqda söylənilir. Gündə bir rəngə düşən başdanxarabın birisi – ömür boyu bir yolu,bir əqidəsi, bir lideri olan kəsə buqləmun deyir…

Deməli, Tahir Kərimli maaş məsələsində cırnayır. Ağzının açarını itirir. Amma mən xırdalıqlarına varıb, sizi yormayacam. Həm sabiq deputat, həm də ixtisasca riyaziyyatçı olan birisi kimi tam məsuliyyətlə deyirəm ki, Tahir kimisinin bir çağırış deputat olması ölkə büdcəsinə təxminən 600 000 (!!) manata başa gəlir. (Özünün və köməkçisinin maaşı, ezamiyyət və məzuniyyət xərcləri və partiyası üçün hər ay büdcədən aldığı 8000 manat daxil olmaqla). Bunun üçün adi bir hesablama bəs edir. Sizcə dəyərmi? Sonra da deyirik niyə pulumuzun dəyəri yoxdur. İndisə keçək əsas məsələyə. Mətləbə keçməmişdən öncəsə, bir məqamı qeyd etməyi lazım bilirəm. Yəqin ki, yadınızdan Tahirin 2003-cü ildə dediyi ” İlham Əliyev prezident seçilsə, ölkədən getməsəm, şərəfsizəm” sözləri çıxmayıb. Amma bu qeyrət dağarcığı nəinki getmədi, əvəzində bir-neçə il sonra başladı öz hərəkat yoldaşlarından donos daşımağa, onların əleyhinə çıxışlar etməyə və bunun da müqabilində sonunda deputat seçildi…
 
Burada yazıma nöqtə qoyub, bu adamın mənəvi və fizioloji anatomiyasını əks etdirən fikirlərindən nəticə çıxarmağı siz oxucuların öhdəsinə buraxıram. Tahir Kərimli: “…Elçibəyin nə dəfninə getdim, nə də yasında iştirak etdim…İsa Qəmbər bizi satdı…Partiyamızın 10 min üzvü var…Partiyamız o qədər böyükdür ki, 11 müavin, 23 siyasi şura üzvü var”.
 
P.S 10 min üzvü olan paryiyanın rəhbəri bu ilin aprel ayında qurultay keçirib özünü yenidən sədr seçdi. Və nədənsə həmin qurultay mətbuata(!!!) qapalı keçirildi.(Tarixdə görünməmiş hadisə). Və ümumiyyətlə, keçirilibmi? Nə isə…
 
“…Həyatda ən çox arzuladığım şey ölməkdi..
….Həyat yoldaşıma 20 min(!!!) misralıq şer həsr eləmişəm…
… Çimərliyə getmirəm ki, lüt qadın görməyim…
… Ötən il Yesentukidə dincələndə mənə dedilər ki, bəs ermənilərin “Randuk” təşkilatı mənə ölüm hökmü çıxardıb…(çox güman ki, 90-cı ildə İsmayyıllının kəndində oturub Qarboçova ölüm hökmü çıxardığına görə: red-E.H))))) … Azərbaycanda biqeyrət gənclik yetişir…”
 
Və Hafiz Hacıyevin mətbuatda ona verdiyi cavab:” O, Ali Məhkəmənin sədri olduğu müddətdə axşama qədər kabinetdə qolunu qırxırdı, kabinetində şalvarsız otururdu. Bunu keçmiş müavini Rza Rzayevdən də soruşa bilərsiz. Tahir Kərimlinin o təhqirinə Azərbaycan gəncliyi təpki göstərməlidir və dediyim faktlara əsasən, onun lüt şəkillərini çəkib internetdə yayımlasınlar. Onu harda görsələr fitə bassınlar…”