Tağıyevin özünü güllə ilə öldürən oğlunun nadir fotoları- İlk dəfə

 
 
 
 
Məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin həyatını araşdıran tədqiqatçı Fərhad Cabbarov  onun ikinci həyat yoldaşı Sona xanımdan olan oğlu –Məhəmmədin şəkilləri ilk dəfə olaraq paylaşıb.
 
Moderator.az xəbər verir ki, Haxı Zeynalabdin Tağıyev iki dəfə ailə həyatı qurub. Bir dəfə öz əmisi qızı Zeynəblə evlənir. Bu izdivacdan İsmayıl, Sadiq və Xanım adlarında üç övlad dünyaya gəlir.
İkinci evliliyi isə özündən yaşca xeyli kiçik olan Sona xanımla (oğlu İsmayılın baldızı ilə) olur. Deyilənlərə görə, o zaman Hacının yaşı yetmişi keçmiş, Sona xanım isə on altı yaşı yenicə haqlamışdı. Bu evlilikdən isə  övlad-Leyla, Sara, Sürəyya, Məhəmməd və İlyas dünyaya gəlir.
Məhəmmədin qısa həyatı faciəli sonluqla bitir. Hacı əvvəlcə, cəmi 18 yaşı olan oğlu Məhəmmədi evləndirmir. İstəyir ki, oğlu həyatın çətinliklərini öyrənsin. O da atasının sözündən çıxmır. Anası nə qədər etiraz etsə də o zaman yeganə hərbi birlik olan Lənkərandakı “Vəhşi diviziya”ya yazılır. Bununla da, ömrünün faciəsini hazırlayır.
 
 
 
Cavan zabitlər tapançanın topunda bir güllə saxlayıb lüləni gicgahlarına tuşlayaraq topu fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar. Hacı Zeynalabdin Tağıyevin Lənkərandakı “Dikaya dviziya”nın qoşun hissəsində xidmət edən oğlu Məhəmməd bu yolla bəxtini yoxlayanda tapança açılmış, onu öldürmüşdü.
 
Elmin Nuri

Загрузка...
Загрузка...