“Tağıyevi ilk rüşvət verən azərbaycanlı kimi təqdim edib, onu kiçiltməyin”- Tədqiqatçıdan etiraz

 
 
 
Tarix üzrə fəlsəfə doktoru, araşdırmaçı alim Fərhad Cabbarov messenant, Azərbaycan tarixinə qızıl hərflərlə düşən xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevlə bağlı yazılanlara etirazını bildirib.
Qeyd edək ki, Fərhad müəllim Tağıyevin ən aktiv araşdırmaçılarından hesab olunur. Onunla bağlı bir sıra yeni sənəd və faktları ilk dəfə o, üzə çıxarıb.
 
Təəssüflər ki, bəzi yazılarda Tağıyevin Bakıdakı qız məktəbini açmaq üçün çarın arvadına rüşvət verdiyi qeyd edilir. Fərhad Cabbarov isə bu faktı tamamilə təkzib edir:
 
“Tağıyevi ilk dəfə rüşvət verən azərbaycanlı kimi təqdim etməyin. Kişini kiçiltməyin. O, qız məktəbini açmaq üçün çarın arvadına rüşvət verməyib, məktəbi təsis etməyi hökumət özü Tağıyevə təklif etmişdi”.
 
Araşdırmaçı Moderator.az-a açıqlamasında bu hadisənn tarixçəsi ilə bağlı başqa maraqlı detail da vurğulayıb:
 
“Qafqazdakı Təhsil İdarəsi Tağıyevə təklif etdi ki, II Nikolayın tacqoyma mərasimi ilə əlaqədar Bakıda müsəlman qızlar üçün bir məktəb təsis etsin. O da məmnuniyyətlə bu təkliflə razı olduğunu bildirdi və fəaliyyətə başladı. Yəni, hökumətdən bunun üçün icazə almaq lazım deyildi, o özü bunun təşəbbüskarı idi. Bu sənədi mən 2011-ci ildə yazdığım kitabda çap etdirmişəm. Başqa bir məsələdir ki, Rusiya maarif nazirliyi ilə Tağıyev arasında məktəbin gələcək quruluşu və idarə edilməsi uğrunda fikir ayrılıqları var idi və bu məsələdə Tağıyevin qətiyyəti sayəsində nazirlik ona güzəştə getməyə məcbur oldu”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...