“Tafiq İsmayılov şəxsi silahını çıxarıb dedi ki, azərbaycanlılar öldürülsə, özüm sizi cəzalandıracağam”- “Qarakənd qurbanı”

 
 
 
 
Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.
 
Moderator.az xəbər verir ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 26 il ötür.
 
Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
 
Vertolyotun partladılması nəticəsində dünyasını dəyişənlərdən biri də o zaman Azərbaycan Respublikasının dövlət katibi vəzifəsində çalışan Tofiq İsmayılov idi. İctimai-siyasi arenada öz qətiyyəti ilə seçilən alim həm də elm sahəsinə böyük işlər görüb.
 
O, 1985-ci ildə Kosmik Tədqiqatları Elm İstehsalat Birliyini təsis edib və baş direktoru olub. Lakin T.İsmayılov SSRİ məkanında daha çox bir epizoda görə tanınıb. Belə ki, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra SSRİ Xalq Deputatlarının qurultayında T.İsmayılov tribunaya qalxaraq 20 yanvarda Bakıda törədilmiş qanlı cinayətin baiskarlarını lənətləyib və hamıya bu qırğında həlak olmuş günahsız insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif edib. Bütün deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən SSRİ prezidenti Qorbaçov da ayağa qalxmağa, günahsız şəhidlərin ruhunu yad etməyə məcbur olub.
 
Aimin yaxın dostu olmuş professor Rafiq Əliyevin bir zamanlar bu səyirlərin müəllifinə alim dostu ilə bağlı xatirələrini  bölüşmüşdü:
 
“Mən onu unikal bir insan kimi xarakterizə edərdim. Elm, insanlıq şəxsiyyət baxımından çox unikal  bir insan idi. Bunların hamısı onda vəhdət təşkil etmişdi. Onun həm elmi yaradıcılığı güclü idi, həm də çox yaxşı təşkilatçılığı var idi. Alimlər adətən iki cür olur:  onlarda ya elmi güc çox olur,  ya da elmi güc zəif,  amma təşkilatçılığı yüksək olur. Tofiq İsmayılovda isə bunların hər ikisi vəhdətdə idi. Buna görə də tək Azərbaycanda deyil, bütünlükdə SSRİ-də yaradılan bir-iki kosmik tədqiqat institutunun  yaradıcılarından biri və ilk direktoru Tofiq İsmayılov oldu. Onun ağlına, yaradıcılıq və elmi potensialına görə çevrəsi  tez bir zamanda böyüdü.  Yaratdığı məhsullar kosmik obyektlərdə tədqiq olunurdu. İkinci məqam isə çox böyük təşkilatçılığı ilə bağlıdır. Onun başçılığı ilə çox geniş bir kosmik tədqiqatlar birliyi yarandı. Onu da deyim ki, Tofiq İsmayılovun əsas bacarıqlarından biri də elmi təhsillə eyni zamanda  birləşdirmək idi. Neft Akademiyasının rektoru Tofiq Əliyev, o və mənim çox böyük dostluğumuz var idi. Həm insani,  həm də peşə dostluğumuz çox möhkəm idi.
 
1989-cu ildə mən kafedramı  yaradanda Tofiq İsmayılov öz köməyini təklif etdi. Dedim ki, təşəkkür edirəm. İki otaq bizə hədiyyə etdi. Biri mənim ofis otağım,  o  biri də dərs keçmək üçün böyük bir auditoriya idi. Sözümü onun insaniliyinə gətirirəm. Burda təkcə dostluq məsələsi deyildi. Həm də o  bu yolla elmlə təhsilin vəhdətini yaratmaq istəyirdi. Hərdən də ya onun özü,  ya da işçiləri gəlib bizim kafedrada görüşlər keçirərdilər.  Amma böyük əfsuslarla qeyd edirəm ki, bineyi-qədimdə həmişə dəyərləri vurmaq istəyiblər. Peyğəmbərə daş atan insan  harda işıq görürsə, onu qapatmağa çalışır. Tofiq İsmayılova elmi tədqiqat üçün akademiyada yer verdilər. Amma sonra onun adının üstünə daş itələdilər və onu akademiyaya qoymadılar.  Daş itələyənlərdən biri  bunu müəyyən vaxtdan sonra özü mənə etiraf elədi. Görünür vicdanı oyanmışdı. Öz ixtisası üzrə o yazığı akademiyaya qoymadılar. Tofiq həm də o biri  tərəfdən çox cəsarətli ictimai-siyasi xadim idi. Həmişə nəbzi el-oba, millət ilə döyünən bir şəxsiyyət idi. Ayrı şeyləri demirəm, onun Qorbaçovla olan mükaliməsini xatırlasaq bəsdir. O həmişə öz eli-obası üçün canını qurban verməyə hazır olan insan idi. Necə ki,  bunu da etdi. İnsan gərək özü üçün yaşamasın tarix üçün yaşasın... Tofiq müəllim də tarix  üçün yaşayan insanlardandı.
 
Baş  katib seçiləndə ona  zəng vurub təbrik elədim. Çox təkid elədi ki, zəngləşək görüşək. Amma... çox təəssüflər olsun ki, görüşmək qismət olmadı. Tofiq İsmayılov gözləmədiyimiz bir vaxtda məlum hadisədə dünyasını dəyişdi”.
 
Tofiq İsmayılovla bağlı başqa bir maraqlı əhvalatı isə araşdırmaçı alim Zaur Əliyev qeyd edir. O, 1991-ci il 20 noyabr vertolyot qəzası zamanı hadisə yerində olmuş jurnalistlərdən Salman Alıoğlunun müsahibəsindən çıxış edərək aşağıdakı faktı oxucularla bölüşür:
 
“1991-ci ilin noyabrın noyabrın 20-də səhər dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri Ağdamda əhali ilə görüş keçirdi.
 
Qarabağın komendantı Jinkin də ordaydı. Tofiq müəllim ona sual verdi ki, “Siz hərbi komendantsınız, bölgəyə cavabdehsiniz. İnsanlar isə erməni vəhşiliyindən danışır. Niyə tədbir görmürsünüz?“ Hərbi komendantla Tofiq İsmayılovun çox sərt söhbəti oldu. Xocavənd istiqamətində getmək qərarı həmin iclas zalında verildi. Qəfil qərar idi və əvvəlcədən belə qərar yox idi.
 
Tofiq İsmayılov şəxsi silahını çıxarıb Jinkinə dedi ki, əgər orda azərbaycanlılar öldürülürsə, talanırsa mən özüm sənin cəzanı verəcəyəm".
 
Elmin Nuri

Загрузка...
Загрузка...