Tacikistanla yeni əlaqələr yaradılır

Tacikistan-Azərbaycan əlaqələrini müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar daha çoxdur.
 Azərbaycanın Tacikistandakı səfirliyindən Report-a verilən məlumata görə, bunu Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov deyib.
 28 May – Respublika Günü münasibətilə paytaxt Düşənbədə keçirilən tədbirə qatılan S.Aslov Azərbaycan xalqını Tacikistan hökuməti adından təbrik edib, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb: “Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev əsl lider olaraq dövlətini və xalqını böyük bəlalardan xilas edib".
 Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu bildirib.