Tacikistanda rus sonluqlu soyadlar qadağan edildi

Tacikistanda yeni sənəd alan ölkə vətəndaşları soyadlarını tacik sonluğu ilə yazdırmalıdır. Bunu Ədliyyə Nazirliyi yanında vətəndaşlar nigahlarının qeydiyyatı idarəsinin rəis müavini Cəloliddin Rahimov deyib. O xatırladıb ki, prezident Emomali Rəhmon bununla bağlı qaydalara dəyişkilik edib. Məqsəd isə tacik soyadlarının yayılmasıdır. Dəyişklik ancaq tacik milliyyətindən olanlara aiddir. Yeni qaydalara görə, “zod”, “zoda”, “y”, “iyen”, “far” sonluqları istifadə ediləcək, qadağa isə “ov”, “ova”, “oviç” və “ovna” sonluqlarına tətbiq ediləcək.
Soyadlarında rus sonluqlarını saxlayanlarla isə “aydınlaşdırıcı iş” aparılacaq