“Ət yeyən bakteriyalar” sürətlə yayılır

Baxış sayı: 
172

Yaponiyanın Milli İnfeksiya Xəstəlikləri İnsitutu ölkədə “ət yeyən bakteriyalar”ın sürətlə yayıldığını müəyyən edib.
Publika.az xəbər verir ki, 2017-ci ildə Yaponiyada 525 nəfər Streptokoksik toksik şok sindromuna (xalq arasında: ət yeyən bakteriyalar) yoluxub.
Xəstəlik, xüsusilə, uşaqlar arasında daha çox yayılıb. Sindrom özünü ilk olaraq boğaz ağrıları ilə göstərir. Daha ağır variantda isə ayaq və əllərdə şişkinlik, kəskin temperatur müşahidə edilir. Bakteriya əzələ toxumalarının ölümünə yol açır və vücudda yayılmasına, orqan çatışmazlığına səbəb olur. Beləliklə, insanın ölümünə gətirib çıxarır.
Bakteriya 30 yaşdan böyük və qoca insanlarda daha rahat şəkildə özünə yer edə bilir.
Zümrüd

Загрузка...
Загрузка...