Ət yemək barədə dinimiz nə buyurub? - MARAQLI...

 
 
İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) üçün qoyunun ən sevimli üzvü qoyunun biləyi idi”. İmam Baqir (ə) buyurur: “Allahın Peyğəmbəri (s) qoyunun biləyini xoşlayardı”. (Tebyan)
 
Bəni-Ğəfardan olan bir nəfər nəql edir ki, Peyğəmbər (s) üçün çörək və ət yeməyi gətirmişdilər və Həzrət (s) buyurdu: “Mənə biləyi verin”. Biləyi Həzrətə (s) verdilər və Həzrət (s) onu yedi”.
 
Həzrət Peyğəmbər (s) buyurur: “İsa (ə) qardaşım bir şəhərdən keçirdi, görür ki, oranın insanlarının üzünün rəngi sarı və gözləri göyərmişdir. Onlar bu xəstəliyə görə şikayət edirlər. Deyir: “Dərman sizin yanınızdadır. Siz əti yumamış bişirir və sonra yeyirsiniz”. Bu insanlar o gündən əti yumağa başladılar və bu xəstəlik onlardan getdi”.
 
İmam Baqir (ə) buyurur: “Peyğəmbər (s) əti çiy halda yeməyi qadağan edib, buyurur: “Ancaq vəhşilər əti belə yeyərlər. Əti o zaman ki, yeyin ki, ya günəş və ya atəş onu dəyişdirmişdir”.
 
İmam Rza (ə) buyurur: “Çiy ət yemək qurd yaradar”.
 
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dalbadal 40 gün ət yeyərsə, ürəyi sərtləşər”.
 
İmam Əli (ə) buyurur: “Mədələrinizi heyvanların qəbiristanlığı etməyin”.
 
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim 40 gün ət yeməzsə, pis xasiyyət olar. Ət yeyin, çünki eşitməyinizi gücləndirər”.
 
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ət yeməyi 40 gün buraxar, pis xasiyyət olar. Hər kim pis xasiyyət olarsa, özünə əziyyət verər. Hər kim özünə əziyyət verərsə, qulağına azan deyin”.
 
İmam Əli (ə) buyurur: “Ət yeyin, çünki ət - ətdəndir. Ət, ət əmələ gətirər. Hər kim 40 gün ət yeməzsə, pis xasiyyət olar. Sizlərdən hər kim pis xasiyyət olsa, qulağına kamil azan oxuyun”.
 
İmam Sadiq (ə) buyurur: “(Yeməyi) bir gün ətlə ye, bir gün südlə, bir gün başqa bir şeylə”.
 
Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin pisləri o kəslərdir ki, sümüyün məğzini (iliyini) yeyərlər”.
 
Həzrət Peyğəmbər (s) buyurur: “Quş sümüklərinin başını yeməyin, çünki vərəm gətirər”. /Deyerler.org/

Загрузка...
Загрузка...