Şəxsi kosmetoloqu Beyonsun cavanlıq sirrini açdı - FOTO

Baxış sayı: 
149

Beyons təkcə öz nadir üslubu və məlahətli melodik səsliylə deyil, eyni zamanda möhtəşəm bədən quruluşu ilə məşhurdur. Ona həsəd aparan və 36 yaşında da onun kimi görünmək istəyən qızların sayı gündən-günə artır. Pop-musiqisinin kraliçası gündəlik qidanlanmasını diqqətlə izləyir və ciddi pəhriz sisteminə əməl edir. Sirr deyil ki, ideal zahiri görkəmə tək nail olmaq mümkün deyil, bu məsələdə də ulduza şəxsi kosmetoloqu köməklik göstərir.
Publika.az bu yazıda oxucuları 36 yaşlı Beyonsun dəriyə qulluq üsullarıyla tanış edib.
Kraliçanın kosmetoloqu, həmçinin “L'Oréal Paris”in vizajisti və ambassadoru Con Barnet bildirib ki, ulduzun üzünə və bədəninə yalnız o toxuna bilər:
“Dəri baxımına adi qayda ilə başlayın, onlar tədricən vərdiş halına keçəcək. Beləliklə dəriyə qulluq bütün mənalarda sizin üçün hobbi və ya xoş proses olacaq”.
Vizajist sadə və aydın məsləhətlər verir, amma razılaşın ki, gündə bir dəfə qaydaları yerinə yetirmək və nəmləndirici krem istifadə emək dəri üçün vacib prosedurlardır. Odur ki, bəzən belə sadə şeyləri xatırlatmağa dəyər:
“Göz altı kremləri nəinki göz ətrafına, həm də bütün üzə çəkmək lazımdır. Məsələ ondadır ki, bu məhsulun tərkibində dərinin daha dərin qatlarına daxil olan aktiv maddələr var. Nəticədə qan dövranını gücləndirir, xırda qırışları azaldır və dərini nəmləndirir. Lakin standart qulluğu dəyişməzdən əvvəl kosmetoloqla məsləhətləşmək lazımdır. Çünki kremin yüksək konsentrasiyası dəri məsamalərinə dola və sızanaq yarada bilər. Eyni zamanda əl və ayaq, boyun və dekolte nahiyəsini üçün nəmləndirici kremlər istifadə edin”.
Məşhur kosmetoloq bildirib ki, dəriyə qulluq sadəcə kosmetik prosedurlarla bitmir. Əgər siz sağlam qidalamırsınızsa, gün ərzində 2 litrə yaxın su içmirsinizsə, onda üz üçün bahalı maskalar, cürbəcür pilinq, digər möcüzəvi kosmetoloji qulluqların heç bir faydası olmayacaq".
Barnet haqlı olaraq onu da qeyd edib ki, gözəllik orqanizmin daxildən qaynaqlanır. Odur ki, daxildən necə göründüyümüz haqqında düşünməyə dəyər.
Kosmetoloq xanımlara hər səhər tərkibində çoxlu sayda faydalı K vitamini olan yarım litr kələm suyu içməyi məsləhət görüb:
"K vitamini orqanizmdə mübadilə proseslərinə görə cavab verir, metabolizmi sürətləndirir, regenerasiya (Orqanizmin itirilmiş və zədələnmiş üzvlərini və toxumaları bərpa etməsi) proseslərinə təsir edir və hüceyrələri bərpa edir".
Aytən

Загрузка...
Загрузка...