Şvaynştayger evləndi - FOTO

Almaniya yığmasının kapitanı Bastian Şvaynştayger ailə həyatı qurub. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçu serbiyalı tennisçi Ana İvanoviçlə evlənib.
Bununla bağlı Venesiyadakı Palatsio Kavalli-Franketti sarayında mərasim keçirilib. Nikah qeydiyyata alındıqdan sonra cütlük su gəzintisinə çıxıb.
Cütlük iyulun 13-də kilsədə kəbin kəsdirəcək.