​Suyunuza limon şirəsi qatın, görün nə olur?

Əgər səhər yuxudan duran zaman yarım stəkan isti suya bir neçə damcı limon suyu töküb içsəniz, nələrin baş verdiyini bilirsinizmi? Turaninfo.az Respublika.info istinadən limonlu suyun faydalarını təqdim edir.
 
1. İmmun sistemini gücləndirər.
 
Limonun tərkibində C vitamini olduğu üçün virus xəstəlikləri ilə mübarizədə çox faydalıdır. Bu turş meyvə kalium mənbəyidir.
Limon qan təzyiqi üçün də faydalıdır. O zaman ki, acqarına bu meyvədən istifadə edirsiniz, antioksidant bədəninizin immun sistemini gücləndirər.
 
2. Yeməyin həzm olmasına yardım edər.
 
Bu içki bədəndə olan zəhərli maddələri dəf edər. Həmçinin öd ifrazının artmasına səbəb olar. Bunun nəticəsində mədə yanmasının qarşısı alınar. Lakin əgər mədənizdə yara varsa və həssas bir mədəyə maliksinizsə, bu içkidən çəkinin. Əgər içsəniz belə, yaxşı olar ki, limon damcısının sayını azaldasınız.
 
3. Fövqəladə diuretikdir.
 
Bu içki bədəndə olan toksinləri təmizləyər və sidikqovucudur. Ona görə də diuretik xüsusiyyətə malikdir.
 
4. Tənəffüs yollarındakı problemi həll edər.
 
Bu içki tənəffüs yollarını təmizlədiyindən, problemləri də aradan qaldırar. Sinənizdə olan xəstəliklər üçün faydalıdır. Belə ki, öskürəkdən xilas ola bilərsiniz. Bu içki astma və allergiya xəstəliyinə qarşı da faydalıdır.
 
5. Çəkinin azalmasına yardım edər.
 
Limonun tərkibində pektin maddəsi olduğu üçün aclıqla mübarizə aparar. Nəticədə çəkinizi rahat şəkildə azaltmağa yardım edər. Ona görə də əgər pəhriz saxlayırsınızsa, bu içkini unutmayın.
 
6. Dərinin təmizlənməsi üçün.
 
Bu içki diş ağrısına qarşı və dərinin təmizlənməsi üçün faydalı bir içəcəkdir.
 
7. Streslə mübarizə aparar.
 
O zaman ki, günümüz stresslə dolu olar, bədən C vitamini itirər. Ona görə də limonu unutmayaq. Bu içki C vitamini vasitəsilə əsəb gərginliyinizi aradan qaldıra biləcək. Odur ki, özünüzü daha gümrah hiss edərsiniz