​Sürücülük vəsiqəsi yeni qaydada veriləcək – Video

 
Sürücülük vəsiqələrinin alınması ilə bağlı yeniliklər edilə bilər. Milli Məclisdə ”Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilməsi gözlənilir.
Belə ki, ilk dəfə sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq.
Bundan əlavə sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət də gücləndiriləcək.
Daha bir yenilik ondan ibarətdir ki, Azərbaycan vətəndaşı xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsiləri ilə bağlıdır.
Maraqlı məqam ondan ibarətdir ki, xaricdə alınmış sürücülük vəsiqənin dəyişdirilməməsinə görə hansısa cərimə nəzərdə tutulmur. Məqsəd bütün sürücülərin vəsiqələrindəki məlumatların informasiya sisteminə uyğunlaşdırmaqdır.
Axar.az Xəzər Xəbər-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir: