Sürücülərin nəzərinə - Sürət həddi artırıldı - FOTO

Bu magistral yolda minimal sürət həddi 90 km/saat, maksimal 110 km/saat müəyyən olunub.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul-Kürdəmir hissəsində müəyyən olunmuş ərazilərdə olan 60 km/saat sürət həddi 90 km/saata qədər artırılıb.
"Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, müvafiq olaraq magistral yolda minimal sürət həddi 90 km/saat, maksimal 110 km/saat müəyyən olunub.