Sürücülərin diqqət etməli olduğu 6 NÖQTƏ

Azərbaycanda sürücülər əksər hallarda yol polisinin yazdığı inzibati protokoldakı 6 nöqtəyə diqqəyt yetirmirlər. Halbuki, həmin nöqtələr səhv yazılmış protokolu ləğv etdirə bilər.
Turaninfo.az Avtostop.az-a istinadən  həmin nöqtələrlə bağlı sizi məlumatlandırır.
1 - İnzibati protokol tərtib olunan zaman, siz bu protokolla razı deyilsinizsə, 1-ci nöqtənin yerləşdiyi yerdə öz şikayətinizi və vəsatətinizi qeydə edə bilərsiniz. Bu yer sizə azlıq təşkil edirsə, əlavə A4 formatlı vərəqədə öz izahatınızı yaza və onu 4-cü nöqtədə qeyd etməklə protokola əlavə edə bilərsiniz.
2 - Siz əgər inzibati protokoldan şikayət etmisinizdə, o zaman sizin haqqınızda qərar qəbul edilə bilməz. İnspektor yerində sizin işinizə baxılmaq yeri haqqında məlumat verə bilirsə, 2-ci nöqtədə göstərilmiş qrafada bu qeydləri edir. Bura çox diqqətlə baxın. Bu nöqtədə sizin işinizə nə vaxt, harada baxılması haqqında məlumat qeyd edilir. Diqqətli olmasanız və vaxtında deyilən yerə getməsəniz, işinizə sizsiz baxılacaq, qərar siz olmadan çıxarılacaq. Əgər inspektor yerində bu məlumatı verə bilmirsə, 2 gün ərzində sizin ünvanınıza bildiriş göndərilməlidir.
3 - 2-ci nöqtədə olanları oxumadığınıza görə əminik ki, siz 3-cü nöqtədə imza atırsınız. Daha sonra 2-ci nöqtəyə baxmadığınıza görə işin sizinlə bərabər araşdırılmasını əldən çıxarır və çox zaman inzibati protokoldan şikayət əsassız sayılır. Bu nöqtədə siz işə baxılma yeri haqqında məlumat verildiyi barədə imza atırsınız. Həmçinin işi hal şahidləri varsa, mütləq 3-cü nöqtədə göstərilmiş yerdə onun imzası olmalıdır. Hal şahidləri bu işdə əvəzsiz köməkçilərdəndir.
4 - Bu nöqtə xüsusi əhəmiyyət daşıyır. Əgər sizin əlavə izahatlarınız varsa, onu əlavə vərəqədə yazdıqdan sonra protokola əlavə olunur və həmin nöqtədə qeyd edilir. Və ya videoqeydiyyatçının göstəriciləri varsa onu da protokola əlavə etdirə bilərsiniz. Həmçinin inspektor işlə bağlı əlavə sənədlər varsa orada qeyd edə bilər. Sübutunuz varsa, onu mütləq qeyd etdirin.
5 - Bəzən sürücülər protokoldan narazı olduqda protokola imza atmadan ərazini tərk edib gedirlər. Nəticədə isə daim "protokolum hardadır?” sualı verilir. Əksinə siz protokola imza atın, yuxarıda sadalanan nöqtələrin doldurulmasına nail olun və protokol əsassızdırsa o ləğv ediləcək. 5-ci nöqtədə sənədlərinizin geri alınması haqqında imza atırsınız.
6 – Bu nöqtədə isə sizin ödəyəcəyiniz məbləğ qeyd edilir. Protokoldan narazı qaldıqda, inspektor bu hissədə məbləğ qrafasını boş saxlayır. Çünki inzibati protokoldan narazı qaldıqda, yerində qərar vermək qanuna ziddir. Ona görə də, bu hissədə diqqətli olun. Siz protokoldan narazı qalarsınızsa, inspektor ona məbləğ yazarsa, bu protokol səhv tərtib edilmiş hesab olunur. Səhv tərtib edilmiş protokol isə ləğv edilir.