Sürücülərə bəd xəbər: Benzinin qiyməti qalxacaq - İlkin rəqəmlər var

 
Gürcüstanda mövcud iqtisadi səbəblərdən asılı olaraq benzinin qiyməti qalxıb
 
Azərbaycanda da benzin və dizelin qiymətinin artımı gözlənilir. Bəs görəsən qiymət artımı nə qədər olacaq?
 
İqtisadçı- ekspert Natiq Cəfərli cebhe.info-ya bildirib ki, Gürcüstanda qiymət dövlət tərəfindən tənzimlənmir.
Sürücülərə bəd xəbər: Benzinin qiyməti qalxacaq
Cari ildə müxtəlif sahələrdə dəfələrlə qiymətin endiyi müşahidə edilib:
 
“Son dövrlərdə Gürcüstanda neftin qiyməti 50 dollar civarında olduğundan benzin və dizelin qiyməti dəyişib. Bu ölkənin benzin bazarı tamamilə iqtisadi faktorlarla tənzimlənir. Burada qiymətlərə dövlət nəzarəti və tənzimlənməsi yoxdur. Qonşu ölkədən fərqli olaraq Azərbaycanda isə qiymətlər dövlət tərəfindənb tənzimlənir. Son hadisələr də göstərir ki, hökumət büdcədəki problemlərin həllini qiymət artımında görür. Təssüf ki, hökumətimizin yürütdüyü siyasət budur və bu səbəbdən də Azərbaycanda benzinin qiymətində artım olması gözləniləndir”.
 
Ekspert hesab edir ki, dünya bazarında neftin qiyməti qalxaraq 55 dolları keçsə, Azərbaycanda hökumət bu bəhanəni rəhbər tutaraq qiymətləri qaldıra bilər: “Ötən gün OPEC-in toplantısından sonra neftin qiyməti 52 dollaradək qalxıb. Çox güman ki, birdən-birə kaskin artıma risk edilməz. Amma təxminən 10-12 faizlik artım gözlənilir”.
 
İqtisadçının sözlərinə görə, benzin və dizelin xammalı neft olduğu üçün qiymət artımı ola bilər.
 
Qeyd edək ki, 92 markalı benzinin qiyməti 72 qəpikdir.