Suriyanın şimalında İŞİD-in 8 silahlısı zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri "İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının Suriyanın şimalındakı 31 mövqeyinə artilleriya zərbələri endiriblər.
 
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İŞİD terrorçuları Suriyanın şimalından Türkiyə ərazisinə hücum etməyi planlaşdırırmış.
 
Əməliyyata ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri də havadan dəstək veriblər.
 
Nəticədə 8 terrorçu məhv edilib.