Suriyadakı əməliyyat Rusiyaya neçəyə başa gəldi?

Suriyadakı hərbi əməliyyat Rusiya büdcəsinə 33 milyard rubla (təxminən 470 milyon dolar) başa gəlib.
Virtualaz.org “Russia Today” agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Kremldə Rusiya prezidenti Vladimir Putin açıqlayıb.
O qeyd edib ki, bu vəsait büdcədə əvvəlcədən Müdafiə Nazirliyinin qüvvələrinin təlimlərinə ayrilmiş vəsaitdir. Başqa sözlə, dövlət başçısı Suriyadakı əməliyyata görə əlavə xərclərə ehtiyacın yaranmadığını söyləyib.