Suriyada terrorçuların lideri komaya düşdü

Baxış sayı: 
203
0  
0  

“Ən-Nüsra” Cəbhəsi terror qruplaşmasının lideri Əbu Məhəmməd Culyani Rusiya aviasiyasının zərbəsindən sonra komaya düşüb.
Turaninfo.org “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, qruplaşma liderinin vəziyyətinin kritik olması bütün İdlib vilayəti üzrə terrorçular arasında qarışıqlıq yaradıb.
Xatırladaq ki, Rusiya hərbi aviasiyası oktyabrın 3-də Suriyada “Ən-Nüsra” Cəbhəsi qruplaşmasının lider heyətinin olduğu nöqtəyə aviazərbələr endirib. Konaşenkov daha əvvəl bildirmişdi ki, qruplaşmanın lideri ağır qəlpə yaraları alıb.
“Aviazərbələr nəticəsində qruplaşmanın başçısı Əbu Məhəmməd Culyani çoxsaylı ağır qəlpə yaraları alıb və əllərindən məhrum olub. Bir neçə müstəqil mənbənin məlumatına görə, onun vəziyyəti kritikdir”, - Konaşenkov deyib.
Həmçinin hücum vaxtı “An-Nüsra” Cəbhəsinin 12 səhra komandiri, həmçinin Culyaninin ən yaxın köməkçisi, qruplaşmanın təhlükəsizliyinin xidmət rəisi Əhməd əl-Qizai məhv edilib.
Ömər Dağlı

Загрузка...
Загрузка...