Suriyada muzdlu əsgərlər arasında qarşıdurma baş verib

Suriya prezidenti Bəşər  Əsədə bağlı muzdlu qruplaşmanın üzvləri arasında silahlı qarşıdurma yaşanıb.
Avropa.info xəbər verir ki, hadisə  paytaxt  Dəməşqin  yaxınlığında  yerləşən Qərbi Quta bölgəsində baş verib. Əsədə bağlı Licam əl Sebya qruplaşmasında baş vermiş silahlı qarşıdurmada Rami Abbas adlı silahlı muzdlu öldürülüb. Çoxlu sayda yaralı var.
Qarşıdurmada ölən Rami Abbas qadınlara təcavüz etməsi və  bölgədəki silahsız vətəndaşları qətl etməsi ilə seçilirmiş.