Suriyada azərbaycanlı general öldürüldü - FOTO

 
Suriyada öldürülən iranlı generalların sayı 15 nəfərə çatıb.
 
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün İran ordusunun daha bir generalı Zakir Heydəri - Hələbdə qətlə yetirilib. O, İranın Şərqi Azərbaycan əyalətində təşkil edilən Aşura Birlikləri qruplaşmasının sabiq komandiri olub.
 
Z.Heydəri ehtiyata buraxıldıqdan sonra Suriya ordusunda məsləhətçi kimi çalışıb.
Qeyd edək ki, Heydəri Təbriz şəhərində anadan olmuş Azərbaycan türküdür.
 
Generalın Hələb şəhərində hansı qruplaşma tərəfindən öldürüldüyü açıqlanmır.
 
 

Suriyada öldürülən təbrizli general
 
2012-ci ildə isə Suriyada azərbaycanlı general Eynullah Təbrizi öldürülmüşdü. Bundan başqa İran ordusu 2012-ci ildən bəri Suriyada 200 əsgərini itirib.