Suriya müxalifləri Hələb əməliyyatının ikinci fazasına başladı

 
Hələb mühasirəsini qırmaq üçün 28 oktyabrda  irimiqyaslı hücum əməliyyatına başlayan Suriya müxalifəti prosesin ikinci fazasına keçdiklərini bəyan edib.
 
Avropa.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu gün  “Fəth Ordusu”n bağlı “Əhrəruş Şam” qruplaşması  Hələbin qərb istiqamətində  Əsəd rejiminin  mövqelərini vurmağa başlayıb. “Nurəddin Zəngi” qruplaşması isə Yeni Hələb rayonunu ağır silahlarla vurmağa start verib.
 
Bundan başqa, müxaliflər  rejim qüvvələrinin nəzarətində olan Hələb hərbi akademiyasını “Qrad” raketləri ilə vurur. Günorta saatlarında Suriya müxaliflərinin  xüsusi dəstələri rejimin ilk döyüş xəttini yardığını bəyan edib.