Süpürgəçinin milyon yarımlıq çantası tapılmadı

 
Moskvada “Qazprom” şirkətinin süpürgəçisi Rusiya Daxili İşlər Nazirliyindən oğurlanmış çantasının tapılmasını tələb edir.
 
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı Moskva sakini Mariya K.-ya məxsus çanta süpürgəçinin “Mitsubishi Outlander” markalı avtomobildən oğurlanıb.
 
O, “Dior” markalı çantanın 200 min rubl (təxminən 5000 manat – virtualaz.org) dəyərində olduğunu və əlavə olaraq çantada 15 min rubl (375 manat) pul olduğu bildirib.
Polis oğurluq faktının üstünü aça bilmədiyindən cinayət işi bağlansa da, süpürgəçi xanım çantasını tələb edir:
“Oğurlanmış pulla dolu çanta mənim üçün xüsusi dəyərə malikdir. Çantanın axtarışı Daxili İşlər Nazirliyi tərəfindən davam etdirilməlidir”, – deyə Mariya K. bildirib.
 
İstintaq idarəsindən bildirilib ki, cinayət işi polis tərəfindən şübhəlilərin olmaması səbəbindən bağlanıb.
“Dior” moda evindən onlarda həqiqətən də timsah dərisindən belə çantanın hazırlandığını təsdiqləyiblər. Lakin onun qiyməti 200 min rubl deyil, 1,5 milyon rubldur (37500 manat).