​"Süpürgə pulu" yığılmasından bezən ata - Məktəbə 150 ədəd süpürgə hədiyyə etdi

 
 
Zaman-zaman məktəblərdə uşaqlardan "süpürgə pulu" adı altında toplanılan pullar cəmiyyətin əsas müzakirə mövzularından olub
 
Politika.Az xəbər verir ki, məsələ yenə sosial şəbəkələrin gündəmindədir.
 
Facebook sosial şəbəkəsində paylaşılan məlumata görə, Bərdə rayonu Hacallı kənd Elxan Zeynalov adına orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyni maraqlı bir addım atıb.
 
Belə ki, süpürgə pulu yığılmasından bezən ata məktəbə 150 ədəd süpürgə hədiyyə edib.
 
Məlumat böyük marağa səbəb olub.