“Super Ay” - Rəsədxanadan necə göründü? - VİDEO

 
Bir neçə gündür ki, haqqında danışdığımız ilin astronomik hadisəsi baş verib. Ötən gecə Ayın Yerə yaxınlaşması - "Super Ay" müşahidə olunub.
 
Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının Elmi işlər üzrə Direktyor müavini Xıdır Mikayılovun sözlərinə görə belə bir yaxınlaşma axrıncı dəfə 1948-ci ildə baş verib. Həmin zaman Ayla Yer arasındakı məsafə 356 min 467 kilometr olub. Ötən gün baş verən yaxınlaşma zamanı isə Ayla Yer arasındakı məsafə 356 min 512 kilometr olub. Prosesin Yer atmosferinə təsirinə gəlincə, hadisə yalnız yer və su səthində qabarmalara təsir göstərə bilər.

Загрузка...
Загрузка...