​Sünnətin 18 yaşdan yuxarı edilməsi haqqında QANUN qəbul edilib

 
Danimarkanın Tibb assosiasiyası yaşı 18-dən aşağı olan şəxslər üçün sünnətin qadağan olunması haqqında qanun layihəsi hazırlayıb.
Turaninfo.az xarici mətbuata əsasən xəbər verir ki, danimarkalı məmurların fikrincə, sünnət yetkinlik yaşına çatmayanların etik normalarına ziddir.
Təşkilatda bu qanunu onunla izah ediblər ki, bir kişiyə uşaq vaxtı sünnət etmək onu öz bədəni barədə qərarlar verməkdən, eləcə də mədəni və dini əqidə seçimindən məhrum edir.
Həkim etikası assosiasiyanın idarə heyətinin sədri Liza Müller bildirib ki, valideynlərə öz uşaqlarının əvəzinə belə qərar qəbul etmək doğru deyil. Bu, etik normalara ziddir. Ona görə də Danimarkada sünnət yalnız insan şüurlu yaşına çatanda onda icazə veriləcək.
Bundan başqa, Danimarkanın Səhiyyə Nazirliyi elan edib ki, 2017-ci ildən sünnətin harada baş verməsindən asılı olmayaraq pasiyentlərin milli registri təqdim olunmalıdır.
Danimarka həkimlərinin məlumatına görə, ölkədə təxminən hər il əsasən yəhudi və müsəlman ailələrdə 1000-2000 oğlan uşağı sünnət olunur. Bu prosedurların əksəriyyəti səhiyyə sisteminin xaricində və ya özəl klinikalarda baş verir, yaxud da uşağın evində dini mərasimləri çərçivəsində həyata keçirilir.

Загрузка...
Загрузка...