Sünni gənci evləndirən şiə alim

İslam maarifinin bizə dərsi budur ki, millət və dinindən asılı olmayaraq hər bir cavan şəxsin evlənməsinə kömək edək.
Sünni gənci evləndirən şiə alim...
 
İnsanlıq və din düşmənləri bir kəlmə haqq sözə qarşı cəbhə açdığı zaman hələ də milli və dini ayrıseçkilik salan cahillər tapılır. Bəzi insanlar dərk etmək istəmir ki, dünya sünni və şiəyə, müsəlman və məsihiyə yox, haqq və batilə, ədalət və zülmə bölünüb. Şiələr arasında da, sünnilər arasında da, başqa din nümayəndələri arasında da iki cəbhə görürük: insanlıq tərəfdarları və təfriqə tərəfdarları.
 
 
Həqiqi şiə alimləri eynən Həzrət Peyğəmbərin (s) yolunu gedərək başqa din və millətlərə yox, zülmə qarşı çıxıblar.
 
 
Şiə məzhəbinin ən tanınmış simalarından biri mərhum Mirzayi Şirazidir. Nəql edirlər ki, Samirrada (İraq) təfriqəçi qüvvələrin təsiri altına düşmüş sünnilər şiələri, o cümlədən Mirzayi Şirazini incidirmiş. Evlənmək istəyən bir sünni gənc Mirzayi Şirazinin görüşünə gəlib evlənmik üçün kömək istəyir. Düşünür ki, əgər alim kömək etməsə, onu bur yolla incitsin. Mirzayi Şirazi nə qədər pula ehtiyaclı olduğunu soruşur. Sünni gənc 20 lirə lazım olduğunu deyir. Şiə alim həmin məbləği sünni gəncə təqdim edir. O zaman üçün bu çox fövqəladə bir addım idi. Xəbər bütün şəhərə yayılır. Sünni ağsaqqalları şiələrə qarşı münasibətlərindən peşman olub, Mirzayi Şirazinin görüşünə gəlir, üzr istəyirlər. Həmin gündən Samirrada vəziyyət dəyişir./nur-az.

*****

Aşağıda video görüntülərdə Sünnilərlə şiələrin birlikdə namaz qıldıqlarını videodan izləyə bilərsiniz.