“Süni mayalanma ilə övlad istəyirəm” – Tolik

Prodüser Tarix Əliyev (Tolik) özü ilə bağlı maraqlı etiraf edib.
Axşam.az-ın məlumatına görə, prodüser “ATV maqazin onlarla” verilişinə açıqlamasında sünii mayalanma ilə övlad sahibi olmaq istədiyini deyib:
“Bir gün eşidəcəksiniz ki, Tolikin toyu olub. Mən gizlin kiçik məclis etməyi düşünürəm. İstəmirəm ki, kimsə desin Tolik yalandan evlənib.
Mən ailədən çox övlad arzulayıram. İstəyirəm xaricə gedim, orada süni mayalanma yolu ilə övlad sahibi olum. Onu saxlayım, böyüdüm”.