Sumqayıtda "ZƏLZƏLƏ": "dağıntı"lar və "xəsarət" alanlar var - FOTOLAR

Baxış sayı: 
324

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhər Tibb kollecində Fövqəladə Hallar Nazirliyinin yaranmasının 12 illiyinə həsr olunmuş "Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu” mövzusunda tədbir keçirilib.
FHN Sumqayıt Regional Mərkəzin İctimaiyyətlə əlaqə və təbliğat sektorundan verilən məlumata görə, tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinin, Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin, Tibb kollecinin müəllim və tələbə heyəti iştirak edib.
Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.
Tədbirin nəzəri hissəsində "Mülki Müdafiənin yaranma tarixi”, "Fövqəladə hadisələr zamanı Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin mobil dəstə üzvlərinin rolu”, "Əhalinin mühafizəyə hazır olmasında beynəlxalq təcrübənin öyrənilməsi” və "Gənclərin fövqəladə hallara hazır olması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında rolu” mövzularında çıxışlar edilib.
Tədbirin praktiki hissəsində şərti olaraq Xəzər dənizinin şimal hissəsində 8.5 bal gücündə zəlzələ baş vermiş, zəlzələ nəticəsində tibb kollecində yanğınlar və uçqunlar olmuş, çoxlu sayda insan xəsarət alıb.
Şərti hadisə barəsində məlumat alan zaman Sumqayıt Regional Mərkəzin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt şəhər Polis İdarəsinin Post-Patrul Xidmətinin, Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yaradılmış qərargaha daxil olmuş məlumatlara əsasən dərhal xilasetmə və yanğınsöndürmə əməliyyatlarına başlanılıb, şərti xəsarət alanlar çıxarılaraq ilkin tibbi yardım göstərilməsi üçün Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin əməkdaşlarına təhvil verilib, ağır yaralılar isə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.
Tədbirin sonunda praktiki hissə qiymətləndirilib, nöqsanlar araşdırılıb və onların gələcəkdə aradan qaldırılması üçün təkliflər verilib. (azxeber)

Загрузка...
Загрузка...