Sumqayıtda keçmiş məhkum köşkü qarət edib

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, şəhər sakini Nəsib Məliklinin işlədiyi “Azərmətbuatyayım” ASC-yə məxsus köşkə gələn naməlum şəxs onu bıçaqla hədələyib kassadan 850 manat pul aparıb.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi, əvvəllər məhkum olunmuş Ariz Əliyev tutulub.
 Faktla bağlı araşdırma aparılır.