Sumqayıt İcra Hakimiyyəti Nazirlər Kabinetinin qaydalarını belə pozur - Fakt

 
 Küçənin düz ortasında yarmarka…
 
Ötən ilin dekabrın 26-sından Sumqayıt şəhərində, 12-ci mikrorayonda - Dəmiryol Vağzalının yanında yarmarka açılmışdı. Şənbə-bazar günlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası düz Üzeyir Hacıbəyov küçəsinin maşın yolu hissəsində fəaliyyət göstərib və bu ətrafda yol hərəkətini məhdudlaşdırıb. Yarmarkanın həmin küçənin Koroğlu prospekti ilə kəsişdiyi yerdə,onsuz da avtomobillərin intensiv hərəkət etdiyi yerdə olması gediş-gəlişə bir az da maneəçilik törədib.
 
Yarmarkanı,ona nə qədər ehtiyac olsa da, piyadalar və maşınlar üçün daha rahat olan münasib yerdə təşkil etmək yaxşı olardı ki,ərazidə gərginlik,basabas yaranmasın. Üstəlik yarmarka keçirilən günü bir çox avtobus marşrutları,həmçinin adi avtomobillər ərazini ,istəmədən yan keçmək, marşrutun yolunu dəyişmək məcburiyyətində qalırlar ki,bu da həm sərnişinlər, həm piyadalar, həm də sürücülər üçün əlavə narahatçılıq yaradır.
Sumqayıt İcra Hakimiyyəti Nazirlər Kabinetinin qaydalarını belə pozur
Amma ötən ay –noyabr ayı Nazirlər Kabineti "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklikləri təsdiq edib və bu dəyişikliklərə əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar müəyyən edilib.
 
Nazirlər Kabinetinin yarmarkalar üçün təsdiq etdiyi xüsusi qaydalarda belə bir bənd var ki,harada yarmarka keçirmək olmaz.
 
Həmin bənddə deyilir:
 
"Bu yerlərdə yarmarka keçirmək olmaz:
 
Yarmarkaların keçiriləcəyi ərazilər baytarlıq-fitosanitar, sanitar-epidemioloji və ekoloji nəzarət qaydaları və normalarına, yanğından mühafizə qaydalarına uyğun olmalı və əhalinin gediş-gəlişi üçün rahat yerdə olmalıdır. Mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində yarmarkaların keçirilməsi qadağan edilib.
 
Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirməlidirlər".
Sumqayıt İcra Hakimiyyəti Nazirlər Kabinetinin qaydalarını belə pozur
Şəkildən,videodan da aydın görünür ki, Sumqayıt şəhərində, 12-ci mikrorayonda yerləşən yarmarka həm Dəmiryol Vağzalının yanında, yolun hərəkət istiqamətində, özü də düz maşın yolunun ortasında,üstəlik əhalinin gediş-gəlişi üçün narahat yerdə təşkil olunur ki, bu da qayda pozuntusudur. Əlbəttə, yarmarka üçün şəhərdə yer qıtlığı ola bilər, amma bu qanunları pozmaq üçün heç kimə bəraət qazandıra bilməz. Görəsən, niyə Sumqayıt İcra Hakimiyyəti ali dövlət orqanı olan Nazirlər Kabinetinin qaydalarını saya salmır?

Загрузка...
Загрузка...