Sumqayıt Dövlət Texniki Kollecində Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi növbəti təqdimat tədbirin keçrdi

 
 

Bu gün, Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərbi Azərbaycandakı (Ermənstandakı) tarixi abidələrimizi öyrənək və tanıdaq !!!" adlı layihə çərçivəsində  növbəti təqdimat tədbirini Sumqayıt Dövlət Texniki Kollecində keçiridi.
Layihə rəhbəri, MTİM İB sədri Səidə Bahadur qızı və ekspert politoloq Taleh Əliyev çıxış edərək layihənin məqsəd və əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verib, mövzu ətrafında müzakirələr aparılıb. 
Xatırladaq ki, layihə çərçivəsində Ermənistanda yerləşən Azərbaycanın məhv edilmiş və ya məhv olma təhlükəsi ilə üz-üzə olan tarixi abidələr haqqında Azərbaycan və dünya ictimayyətinə məlumat vermək üçün azərbaycan və ingilis dillərində westazerbaijan.info sayt yaradılıb facebook  sosial şəbəkəsində “Qərbi Azərbaycan” adlı səhifəsi yaradılıb. 
Saytın təqdimatının Bakı və Sumqayıt şəhərlərində yerləşən bir sıra ali və orta ixtisas məktəblərində keçirilməsi nəzərdə tutulub. Bu qəbildən olan ilk təqdimat 18 noyabr 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Unversitetində keçrilmişdi.