Sülhəddin Əkbər: “Türkiyənin iradəsini sındıra bilmirlər” - MÜSAHİBƏ

 
“PKK Amerika xüsusi xidmət orqanlarının təsiri altındadır”
 
Teleqraf.com-un suallarına Azad Demokratlar Partiyasının sədri, milli təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər cavab verib.  
 
- Sülhəddin bəy, bölgədə hərbi, siyasi və terror qazanı qaynayır. Məsələn, Türkiyədə terror aktlarının ard-arası kəsilmir. Sizcə, bu prosesin görünməyən tərəfləri nədən ibarətdir və əsas oyunçular kimlərdir?
- Yeni dünya düzənini quranlar və buna qarşı çıxanlar məsələsi diqqətə alınmalıdır. Yeni dünya düzəni Amerikanın liderliyi ilə qurulur. Bu koalisiya daxilində sözsüz ki, ciddi fikir ayrılıqları var. Eyni zamanda yeni dünya düzəninə qarşı çıxanlar, buna müqavimət göstərənlər Rusiya ətrafında bloklaşır. Bu blok daxilində də ciddi fikir ayrılıqları və ziddiyyətlər var. Məsələn, Donald Tramp prezident seçildikdən sonra bu ziddiyyətlər bir qədər də açıq formada müşahidə olunmağa başlayır. Həm ABŞ-Avropa Birliyi arasında, həm NATO daxilində, həm Avropa Birliyi daxilində. Yeni dünya düzəninə qarşı çıxanlar nisbətən Şanxay Əməkdaşlıq Təşkilatında, Avrasiya İqtisadi İttifaqı çərçivəsində daha çox cəmləşiblər. Lakin burada da Rusiya-Çin, Belarus-Rusiya münasibətləri, Qazaxıstan-Rusiya münasibətlərində fikir ayrılıqları olur. Dərindən baxdıqda dünyada yeni düzən, dövlətlərin öz maraqlarını yeni düzəndə inkişaf etdirilməsilə bağlı toqquşmalar baş verir.
 
- Bunun Türkiyəyə hansı aidiyyəti var?
- Əslində Türkiyə ətrafında və daxilində baş verən hadisələr bununla əlaqədardır. İstər yeni dünya düzəni qurmaq istəyənlər, istərsə də buna müqavimət göstərmək istəyənlər Türkiyənin müstəqil siyasət aparması ilə razılaşmır. Çünki Türkiyənin hər iki tərəflə maraqları toqquşur. Həm Rusiya və onun yaratdığı Orta Şərq Koalisiyası ilə, həm də ABŞ və onun yaratdığı qərb koalisiyası ilə. Bu baxımdan Türkiyə hər iki tərəfdən zərbə alır. Ona görə də, Türkiyənin böyüməsində, güclənməsində, ətrafında baş verən hadisələrə müdaxiləsində maraqlı olmayan hər iki tərəf Türkiyəyə qarşı gizli savaş açıblar.
 
- Konkret nəyi nəzərdə tutursunuz?
- Türkiyə vəkalət müharibəsinə cəlb edilib. Mən konkret olaraq Türkiyənin Suriya və İraqdakı hərbi fəaliyyətini nəzərdə tuturam. Həmçinin Türkiyə simmetrik savaşa da cəlb edilib.  Simmetrik savaş deyəndə isə Türkiyəyə qarşı aparılan terror savaşını nəzərdə tuturam.
 
Əslində gördülər ki, Türkiyənin iradəsini sındıra bilmirlər, onun siyasi rəhbərliyini fikrindən döndərmək mümkün olmur. Məhz bu səbəbdən də 15 iyunda çevriliş cəhdinə gedildi. Terror savaşı nə zaman başladı? 2015-ci ilin iyulunda. Gördülər ki, bu nəticə vermədi, xəndək savaşını Türkiyə qazandı, bundan bir il sonra, 2016-cı ilin iyulunda  Türkiyədə hakimiyyəti dəyişmək cəhdi etdilər. Bu proses uğursuzluqla nəticələndi. Bundan sonrakı etapda isə iqtisadi savaş başladı və terror bir qədər də intensivləşdi. Biz bu gün artıq bütün bunların şahidi oluruq. Yəni Türkiyəyə qarşı açılan iqtisadi savaşın nəticələri türk lirəsinin günbəgün dəyər itirməsi ilə müşahidə edilir. Türkiyəyə qoyulan investisiyaların azalması, Türkiyədən kapital axını və Türkiyənin iqtisadi göstəricilərinin aşağı düşməsi də bunun bariz göstəricisidir. Bu iqtisadi savaşla  paralel olaraq terrorun intensivləşməsi prosesi gedir.  
 
- Türkiyədə 10 dekabrda baş verən dəhşətli terror hadisəsini PKK-ya yaxın Kürdüstan Azadlıq Şahinləri adlı qrup öz üzərinə götürüb.  Hazırda PKK və ona yaxın qrupların üzərində daha çox hansı dövlətin təsiri güclüdür?
- Terror təşkilatları hətta müstəqil yaransa belə, sonradan onların yaşaması və ayaqda durması üçün mütləq digər ölkələrə ehtiyacı olur, müxtəlif dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəyə girirlər və tədricən həmin xüsusi xidmət orqanları belə terror təşkilatını özünün maraqları istiqamətində istifadə etməyə başlayır. Nəzərə alaq ki, PKK artıq kifayət qədər tarixi olan təşkilatdır və uzun illərdir ki, xarici dövlətlərin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq içərisindədir. Artıq PKK-ya xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri çox güclüdür. Xüsusən, son dövrlər bu təsirin artması özünü açıq göstərir. İraq savaşından və Suriya müharibəsindən sonra bu proses müşahidə olundu. Əgər əvvəllər PKK SSRİ-yə və sosialist ölkələrinə yaxın idisə, indi daha çox ABŞ və Qərb ölkələrinin xüsusi xidmət orqanlarına daha çox yaxındır. Xüsusən, ABŞ, İsrail və Almaniyadan daha çox yardım alırlar. Və bu zaman istər-istəməz yardım aldıqları ölkələrin xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirməli olurlar. Bu gün nəzərə alsaq ki, PKK kürd xalqının gözündə öz dəstəyini itirməyə başlayıb, buna baxmayaraq, əvvəlki savaşını sürdürmək məcburiyyətindədir. Bu savaş getdikcə də mürəkkəbləşəcək. Xüsusilə, PKK-nın bir ayağı Türkiyədə, bir ayağı Suriyada, bir ayağı İranda, bir ayağı İraqdadır və ipləri də çoxsaylı xarici xüsusi xidmət orqanlarının  əllərindədir. Bu faktiki olaraq vəziyyətin nə dərəcədə mürəkkəb olduğunu ortaya qoyur.
 
- İndiki halda PKK-ya daha çox hansı ölkənin xüsusi xidmət orqanı nəzarət edir?
- İndiki halda PKK daha çox Amerikanın və bu ölkənin xüsusi xidmət orqanlarının, Mərkəzi Kəşfiyyat idarəsinin və hərbi kəşfiyyatın təsiri altındadır olduğunu desək, məncə, yanılmarıq. Amerika Müdafiə Nazirliyinin büdcəsindən Suriya müxalifətinə hərbi yardımın davam etdirilməsi nəzərdə tutulur. Burda da, ilk növbədə PKK-nın Suriya qolu olan PYD və onun hərbi qanadı olan YPQ nəzərdə tutulur.

Загрузка...
Загрузка...