"Şükür ki, ABŞ ilə bərabər dünyanı idarə edirik" - Kəbənin baş imamından ŞOK AÇIQLAMA

 
 
 
İslam dünyasının ürəyi hesab edilən Kəbənin baş imamı olan Sudeysi inanılmaz bir bəyanat verib.
 
Moderator.az bildirir ki, Türk mediasında yer alan xəbərə görə,  İslam Aləmi Birliyinin təşkil etdiyi konfransda iştirak etmək üçün Nyu-yorka gedən Məscid-i Haramın və Məscid-i Peyğəmbərin şeyxi  Əbdürrəhman -Es-Sudeysi Səudiyyə Ərəbistanının El-İhbariyye kanalına müsahibə verib.
 
Verdiyi bəyanata görə xüsusilə sosial mediada intensiv reaksiya görən Sudeysi "Bu gün Səudiyyə Ərəbistanı və ABŞ dünyanın iki qütbüdür. Allaha həmd olsun ki, dünyanı birlikdə idarə edirlər" deyib.
 
Səudiyyə Ərəbistanı və Amerikanın dünyanın təhlükəsizliyin və sabitliyin mərkəzi olmasında prioritet olduğunu müdafiə edən Sudeysi Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdulaziz və Amerika prezidenti Donald Trampa dua etməyi də unutmayıb.
 
Sudeysi Səudiyyə Ərəbistanı kralı və ABŞ prezidentinə bəşəriyyət üçün atacaqları addımlarda uğurlar arzulayıb.
 
 
Uğur

Загрузка...
Загрузка...