Sükan arxasında ehtirasını cilovlaya bilmədiyi üçün... - 8 il hökm oxundu - FOTO

 
İngiltərənin Lester şəhər məhkəməsi pornoqrafiyaya baxa-baxa sükan idarə edən sürücüyə 8 il hökm oxuyub.
Publika.az xəbər verir ki, 56 yaşlı Feliks Qillion "Scania" markalı ağır tonnajlı yük maşınını idarə edərkən sükan arxasında telefonla oynayıb. Bu zaman yolun qarşı tərəfinə çıxan F.Qillionun idarə etdiyi yük maşını yol kənarında hərəkətsiz halda olan minik avtobilinə çırpılıb. Hadisə zamanı minik avtomobilinin sürücüsü 55 yaşlı Kerri Pemberton hadisə yerində həlak olub.
İstintaq zamanı qəzanın hansı səbəbdən baş verdiyi bəlli olub. Məlumata görə, F.Qillion sükan arxasında telefon vasitəsilə porno filmə baxıb və ani olaraq özündən gedib.
Qəza zamanı F.Qillion mobil telefonunu gizlətməyə çalışsa da, polislər buna imkan verməyib.
Bella

Загрузка...
Загрузка...