Səudiyyədən Fələstin planı: Əbu Mazan, səbirli ol...

Baxış sayı: 
158

 
Əbu Mazan, səbirli ol, yaxşı xəbərlər alacaqsan.
 
Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının vəliəhdi Salman ibn Məhəmməd oktyabr ayında Ər-Riyadda baş tutan görüş zamanı “Əbu Mazan” adlandırdığı Fələstin lideri Mahmud Abbasa söyləyib. Şahzadənin eyni zamanda Fələstin-İsrail münaqişəsi barədə Mahmud Abbasa bəyənəcəyi bəzi təklifləri olduğunu söylədiyi bildirilir.
 
Bundan əlavə, şahzadənin ölkədəki media qurumlarına Trampın Qüds qərarı barədə mümkün qədər az xəbər yayımlamaları barədə təlimat verdiyi və Ər-Riyadın hazırlanan sülh planı məsələsində fələstinliləri razı salmağa çalışdığı qeyd olunur.
 
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Nikki Heyli BMT Təhlükəsizlik Şurasında Fələstin-İsrail arasında sülhün təmin olunması üçün yeni plan hazırladıqlarını açıqlayıb.

Загрузка...
Загрузка...