Səudiyyədən ABŞ-a 750 milyardlıq təhdid

Əgər Səudiyyə Ərəbistanı 11 Sentyabr hücumlarına görə məsuliyyətə cəlb olunarsa, ABŞ-dakı 750 milyard dollar dəyərindəki aktivlərini satacaq.
 Turaninfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu York Tayms” qəzeti yazıb.
 Qəzetin məlumatına görə, Səudiyyə Ərəbistanının bu niyyətini ölkənin xarici işlər naziri ötən ay ABŞ-a səfər edən zaman dilə gətirilib.
Məhz bundan sonra Obama administrasiyası qanun layihəsinin rədd edilməsi ilə bağlı konqresmenlərlə danışıqlar aparıb.
 Qeyd edək ki, bir müddət öncə İran da 11 Sentyabr hadisələrində məsuliyyət daşıdığı üçün 10,5 milyard dollar məbləğində cərimələnib.