Səudiyyə Ərəbistanından SƏRT ADDIM: səfirini geri çağırdı, Berlinə nota göndərdi

Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırıb.
Publika.az xəbər verir ki, Riyad hökuməti bu addımı ölkənin xarici siyasətini sərt tənqid edən Almaniya xarici işlər naziri Siqmar Qabrielə cavab olaraq atıb.
Riyad hökuməti Siqmar Qabrielin Livanın baş naziri Səad Həririnin istefası başda olmaqla, bir çox hadisəni sərt tənqid etməsini çirkin və haqsız açıqlamalar adlandırıb. Buna görə Riyadın Almaniyadakı səfirini müzakirə aparmaq bəhanəsilə ölkəyə geri çağırıb və Almaniyanın Riyaddakı səfirinə etiraz notası göndərib.
Səudiyyə Ərəbistanı yanlış qaynaqlara əsaslanan təsadüfi açıqlamaların terrorla mübarizədə və bölgədə sabitliyin təmin edilməsi mövzusunda güclü bir müttəfiq sayılan Almaniya hökumətini təmsil etmədiyini bildirib.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Siqmar Qabriel Livanın xarici işlər naziri Gebran Bassil ilə 16 noyabrda Berlində keçirdiyi görüşdə Səudiyyə Ərəbistanını sərt tənqidr etmişdi. Livanın yenidən qarşıdurma bölgəsinə çevrilə biləcəyini ehtimal edən S.Qabriel problemlərin həlli üçün Səad Həririnin ölkəsinə geri qayıtmasının şərt olduğunu demişdi.
Zümrüd

Загрузка...
Загрузка...