Səudiyyə Ərəbistanında şahzadəni edam etdilər

 
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda üç il əvvəl qətl törətməkdə ittiham olunan kral ailəsinin üzvü şahzadə Türki ibn Səud Əl-Kəbir edam edilib.
 
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı DİN-in bəyanatında bildirilir.
 
İstintaq materiallarına əsasən, şahzadənin çadır düşərgəsində baş vermiş kütləvi dava zamanı odlu silahdan atəş açması nəticəsində dostu Adil Əl-Mhəmid ölüb, daha bir nəfər isə yaralanıb.
 
Qeyd edək ki, şahzadənin törətdiyi cinayət o vaxt ölkədə böyük rezonansa səbəb olmuşdu.
 
Səudiyyə Ərəbistanının Ali və Apellyasiya məhkəmələri onun barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.
 
Qeyd edək ki, kral ailəsinin üzvünün edam edilməsi Səudiyyə Ərəbistanının tarixində ilk hadisədir.