Səudiyyə İsraili rədd etdi - Gözlənilməz

Baxış sayı: 
186

 
Səudiyyə Ərəbistanı bu ilin sonunda Ər-Riyadda keçiriləcək beynəlxalq şahmat yarışında iştirak etmək istəyən İsrailin 7 oyunçusuna viza verməkdən imtina edib.
 
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin "Yediot Ahronot" qəzeti məlumat yayıb.
 
İsrail Şahmat Federasiyası yarışa qatılmaq təşəbbüsünü ötən ay göstərib. Yerli media bunun iki ölkə arasında buzların əriməsinə şərait yaradacağını qeyd edib.
 
Qeyd edək ki, İsraillə Səudiyyə Ərəbistanı arasında heç bir rəsmi münasibət yoxdur. Yalnız iki ölkənin gizli əlaqələri barədə vaxtaşırı məlumatlar yayılır.
 
Müəllif: Mahir

Загрузка...
Загрузка...