Sudanda daşqınlar nəticəsində 100 nəfər ölüb

Sudanda yağan güclü yağış və baş verən daşqınlar nəticəsində 100 nəfər ölüb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ən çox ziyan Eritreya ilə sərhəddə yerləşən Kasala ştatına dəyib.
 
İki həftə davam edən şiddətli yağışlar və daşqınlar nəticəsində burada 8 min ev dağılıb, 25 nəfər ölüb.
 
Təbii fəlakətlə əlaqədar 122 min insan evini tərk etmək məcburiyyətində qalıb.