Stiv Ourren: İŞİD əleyhinə mübarizənin birinci mərhələsi uğurla başa çatıb

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD əleyhinə mübarizəsinin birinci mərhələsi uğurla başa çatıb. Bu mərhələnin nəticəsi təşkilatın zəiflədilməsi olub.
"Report" xəbər verir ki, bunu ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın mətbuat katibi Stiv Ourren deyib.
O, bildirib ki, hazırda koalisiya mübarizənin ikinci mərhələsindədir. Bu, düşmənin tamamilə məhv edilməsindən ibarətdir.
Mətbuat katibi əlavə edib ki, koalisiyaya daxil olan ölkələrin əməliyyatları nəticəsində terrorçu təşkiların İraqda və Suriyada irəliləməsinin qarşısı alınıb. Onun sözlərinə görə, silahlı birləşmələr əvvəllər nəzarət etdikləri ərazilərin 40 faizinin itiriblər.