Stilist Şəfəq erməni həmkarı haqda: Sizi yaratdığı üçün Allaha minnətdaram — FOTO

 
 
Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Ramizqızı (Novruzova) “Instagram” səhifəsində erməni həmkarı Georgi Kot ilə birlikdə fotoşəklini paylaşaraq onu tərifləyib.
 
Ölkə.Az oxu.az-a istinadən xəbər verir ki, o, fotoya “Sizi yaratdığı üçün Allaha minnətdaram. Yaxşı ki, varsınız. Sağ olun ki, Allah tərəfindən sizə verilən bu qeyri-adi istedadı və təcrübəni bizimlə bölüşürsünüz. Sizi çox sevirəm və hörmət edirəm, mənim əziz ustam” şərhini yazıb.