​Ştaynmayer: “Suriyada Türkiyəyə ehtiyac var”

 
“Suriyada atəşkəsin təmin olunması məsələsində Türkiyəyə ehtiyac var”.
 
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri  Frank-Valter Ştaynmayer deyib.
 
O, Fələstinin  Baş naziri Rami  Hamdallah ilə Berlində keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransında Türkiyənin İraq və Suriyadakı rolunu qiymətləndirib: “Türkiyənin  ətrafında böyük və çətin münaqişələrin baş verdiyini, bunların Türkiyəyə təsirini nəzərdən qaçırmamaq lazımdır. Bu baxımdan Türkiyənin rolunun də asan olmadığını başa düşürəm”.