Ştaynmayer: “Dağlıq Qarabağdakı mövcud status-kvo problemi həll etməyəcək”

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi danışıqlar aparmağa çağırıb.
"Report" xəbər verir ki, o bunu Berlində keçirilən ATƏT "üçlüyü"nün görüşü öncəsi bəyan edib.
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan sülh sazişini alqışlayıb, lakin onun sözlərinə görə, Dağlıq Qarabağda mövcud olan status-kvo regionda "təhlükəsizliyə yardım" edə bilməz.
ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, Almaniya Dağlıq Qarabağın gələcəyinə dair ciddi danışıqların bərpası üzrə səyləri dəstəkləməyə hazırdır.