​SSRİ-nin yazılmamış xuliqan qanunları

 
Hər dövrün öz gənclərinə və idarəçiliyinə uyğun yazılmamış qanunları olur. Müxtəlif xalqlarla birgə tərkibində yaşadığımız SSRİ-nin də özünəməxsus, müasir gənclərə yad olan bəzi qanunları olub.
 
Axar.az ötən əsrin 70–80-cı illərinin xuliqanlarının yazılmamış qanunlarını təqdim edir:
 
Dalaşanda həmişə təkbətək dalaşmaq lazım idi. Qrup şəklində dalaşmalar çox istisna hallarda ola bilərdi.
 
Əgər bir oğlan qızla gedirdisə, ona toxunmaq olmazdı. Çünki bu, oğlanı alçaltmaq, yanındakı xanımı isə təhqir etmək demək idi.
 
Özündən böyükləri problem həllində köməyə çağırmaq qorxaqlıq sayılırdı.
 
Əgər dostlarının problemi varsa, kömək etməyə borclu idin. Əks halda sən satqın hesab olunurdun.
 
Özündən kiçiklərin və qızların xətrinə dəymək birmənalı şəkildə qadağan idi.
 
Yeni kompaniyaya daxil olarkən öz dediklərini əməlinlə sübut edə bilməsən, cəzalanırdın.
 
Özündən böyüklərə həmişə hörmət edilirdi və onlar həmişə balacaların dadına yetişirdi.
 
Əgər bir qız içki içib siqaret çəkməyə başlayırsa, ona olan hörmət azalmağa başlayırdı.
 
Fahişə ilə görüşmək öz dostların arasında olan hörmətini itirmək demək idi.
 
Narkotik aludəçilərini heç kim sevmirdi və onlarla ünsiyyətə girmirdi.