SSRİ-dən müəmmalı mesaj: "Mövlud, diqqətli ol"

 
 
Fətullah Gülən şəbəkəsinin 15 iyul gecəsi Türkiyədə həyata keçirməyə çalışdığı hərbi çevriliş cəhdi zamanı Xarici İşlər naziri Mövlud Çavuşoğluna müəmmalı xəbərdarlıq mesajı gəlib.
 
Axar.az xəbər verir ki, SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun məşhur tərcüməçisi Pavel Palajçenki həmin gecə sosial şəbəkədə Çavuşoğlunun rəsmi səhifəsinin ismarıc bölümünə “Mövlud, diqqətli ol” sözlərini yazıb.
 
Onun İstanbul boğazının fotosunu və Çavuşoğludan bəhs edən "Vikipediya" məlumatlarını paylaşdığı da bildirilib.