Səsi ilə hamını heyran edən fəhlə efirə çıxdı. Əməkdar artistin tələbəsi imiş – VİDEO

Bir neçə gün öncə Azadlıq Radiosu 23 yaşlı məcburi köçkün Elməddin Xanəliyev haqqında sujet hazırlamışdı.
 
Sujetdə bildirilib ki, əslən Kəlbəcərdən olan Xanəliyevin ailəsini saxlamaq üçün fəhləlik etdiyi bildirilib. Anası xəstə olan gənc deyir ki, fəhləliklə günə 10-15 manat qazanır və ümidini itirmir.
 
Həmin gəncin görüntüləri Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişində göstərilib. Verilişin qonağı olan əməkdar artist Babək Niftəliyev bildirib ki, Elməddin onun tələbəsidir:
 
“Bu mənim tələbəmdir. Adı Elməddindir. Kəlbəcərlidir, yerlimdir. Mənə yaxınlaşıb dedi ki, müəllim mən fəhlə işləyirəm, gözəl səsim var. Səsimə qulaq as. Mən də dedim ki, gəl sənə qulaq asım. Mən Sumqayıt Musiqi Kollecində dərs deyirəm. Gəldi və onunla məşğul oluram. Mən o insanı təmənnasız hazırlayıram. Yerlim olduğu üçün yox, səsi olduğu üçün ona dəstək oluram”.
 
Az sonra  Elməddin Xanəliyev də verilişə dəvət olunub. Zaur Kamal Babək Niftəliyevə deyib ki, onun fəhləlik etməkdən qurtarsın. O da cavabında bu sözləri söyləyib: “Vallah, zaur bəy, pulum olsaydı, qoymazdım orada işləyə. Əlimdən gələn odur ki, ona müəllimlik edəm, sənət verəm. İnanıram ki, o da fəhləliyin daşını atacaq” .
 
Həmçinin Elməddin bildirib ki, imkanın olmadığı üçün kollecə hər dəfə gedə bilmir və bir müddət olar ki, dərsə getmir.

 
 

Загрузка...
Загрузка...